Naxçıvanda rəhbərlər üçün təlimlərə start verilib – FOTOLAR

image-1backend

Aprelin 25-də NMR-ın 19 dövlət orqanını təmsil edən 40 məsul əməkdaş üçün “Rəhbərlər üçün İnkişaf Proqramı” başlayıb.

AZXEBER.COM xəbər verir ki, 2 ay davam edəcək proqramın təlimçisi ABŞ-ın “Beynəlxalq Liderlik Proqramı”nın məzunu İlhamə Novruzovadır.

Naxçıvan Təlim Mərkəzi Publik Hüquqi Şəxsinin təqdim etdiyi proqram, fərqli idarəetmə mexanizmləri, rəhbərin məsuliyyət sahələri, natiqlik və təqdimat bacarıqları, şəxsi effektivliyin artırılması, komanda təşkilində konstruktiv həll yollarını əhatə edir.

Təlimin ilk günündə özünütəqdimatlar və interaktiv müzakirələr keçirilib. İştirakçılara real təcrübələr vasitəsilə effektiv liderlik bacarıqları aşılanıb, menecer və lider arasındakı fərqlərdən, buna dair real keyslərdən danışılıb. Situativ və sistem idarəetmə texnologiyası istiqamətində davam edən intensiv təlim iştirakçıların marağına səbəb olub.

Naxçıvan Təlim Mərkəzi tərəfindən xüsusi hazırlanan “Rəhbərlər üçün İnkişafProqramı”nın məqsədi səlahiyyət sahibi olan top-menecerlərin uğurlu komanda quruculuğu və liderlik bacarıqlarının artırılması, yeni model idarəçilik tərzlərinin təşviqidir. 32 saatı əhatə edən təlim sessiyalarına şöbə və sektor müdirləri, böyük mütəxəssislər cəlb olunublar. Proqramı müvəffəqiyyətlə bitirən iştirakçılara serifikatlat təqdim ediləcək.

Qeyd edək ki, Naxçıvan Təlim Mərkəzi – Muxtar Respublika ərazisində dövlət qurumlarının əməkdaşlarının peşəkar inkişafı və gənclərin peşə bacarıqlarının artırılması məqsədilə ixtisaslaşdırılmış təlimlər və proqramlar həyata keçirən publik hüquqi şəxsdir.

1745579609 ff61f93b 4011 4a78 8a1b 53bcc6748fef

 

1745579571 be62e919 36ce 4b55 9ec3 cc38a3188f72

 

1745579652 a9281a62 9d20 4d48 b07b 06eab8f7de68

 

1745579595 51a17923 076c 4f86 96c7 9e36ff1e393a

 

1745579584 daebf75a b84d 4de4 af7e 70228a3b8c54

 

1745579644 c1845455 59ea 42d7 81cd c6fca4ebd440

 

1745579588 cf453462 ee3e 4f02 a9c5 23ca7ea3f260

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki