Naxçıvanın həbs edilən nazirləri (SİYAHI)

image-m4rtbackend

Son zamanlar Naxçıvan Muxtar Respublikasında bir neçə nazir barəsində olan korrupsiya əməllərinə görə həbs edilib.

Azmedia.az “unikal”a istinadən Naxçıvan MR-in həbs olunan nazirlərinin siyahsını təqdim edir.

5d614c7f0d69e90e6e275a6dc9c4c41dnn jpg

Həbs edilən nazirlərdən biri polis general-leytenantı Əhməd Əhmədovdur. O, 2000-ci ildən 2017-ci ilədək Naxçıvan MR-in daxili işlər naziri olub. 2021-ci ildə isə o, barəsində olan korrupsiya əməllərinə görə həbs olunub. Məhkəmənin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

0b2be5f51859985b46e1d706803dc1e0nn1 jpg

Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərov da həbs həyatı yaşayıb. Belə ki, general-leytenant V. Ələsgərov barəsində 2016-cı ildə həbs edilib. O, 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu ilin sentyabr ayında isə Ali Məhkəmədə Vəli Ələsgərovun kassasiya şikayətinə baxılıb. Ali Məhkəmənin qərarı ilə V. Ələsgərov barədə apellyasiya məhkəməsinin qərarı dəyişdirilərək 6 il 6 ay 20 gün azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan cəzaçəkmə müəssisəsindən azad edilməsi qərara alınıb.

3f2e2faceabfc8bec138172ff3db9b7andu jpg

Naxçıvanda həbs edilən nazirlərdən biri də Muxtar Respublikanın sabiq təhsil naziri Məmməd Qəribovdur. Sabiq nazir bir müddət həbs həyatı yaşasa da, 2021-ci ilin iyun ayında Naxçıvan Ağır Cinayətlər Məhkəməsində M. Qəribova şərti cəza verilib və azadlığa buraxılıb.

40bcab525632a52916af2775d45340a5nn3 jpg

Bu gün isə Naxçıvan Muxtar Respublikası maliyyə naziri Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Onu da qeyd edək ki, bir neçə gün öncə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Səbail Rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə araşdırmalar Komitədə “xüsusilə külli miqdarda” mənimsəmənin üstünü açıb. Belə ki, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki