Nazarbayev Qazaxıstan Xalq Assambleyasının sədri vəzifəsindən getdi

image-1592468953_0_0_3074_2048_1440x900_80_2_1_66fda825a0f082a8dfa7ca4697e69220-jpgbackend

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Qazaxıstan Xalq Assambleyasının sədri vəzifəsindən ayrıldığını və bu səlahiyyətləri hazırkı dövlət başçısı Kassım-Jomart Tokayevə verdiyini açıqlayıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə o, assambleyanın sessiyasında elan edib.

“Yoluma davam etmək istəyirəm, bu mənim üçün ciddi və emosional addımdır, çünki 1995-ci ildə Qazaxıstan Xalq Assambleyası yaranandan bəri ona rəhbərlik etmişəm”, – deyə Nazarbayev bildirib.

O, göstərdikləri dəstəyə görə assambleya üzvlərinə təşəkkürünü bildirib.

“Qərara gəldim ki, Qazaxıstan Xalq Assambleyasına rəhbərlik hüququmu Prezident Kasım-Jomart Tokayevə təhvil verim”, – deyə sabiq prezident əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90