Qazaxıstan Parlamentinin deputatı Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verilib.
Məlumata görə, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bu barədə qərar qəbul edilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Maulen Aşimbayevin Qazaxıstan Senatına sədr seçilməsi barədə sərəncam izalayıb.
Xatırladaq ki, mayın 2-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə senatının spikeri Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verilməsi haqqında fərman imzalayıb.