Nazilə Səfərli Aynişan və Ayselin boşanmasına münasibət bildirib: Evlənmək qonaq getmək deyil….

Nazilə Səfərli Aynişan və Ayselin boşanmasına münasibət bildirib: Evlənmək qonaq getmək deyilbackend

Şairə Nazilə Səfərli maqazin gündəmini zəbt edən boşanma xəbərlərinə münasibət bildirib.Busaat.az xəbər verir ki, xına mərasimlərinin aparıcısı kimi tanınan məşhur gənclərə öyüd-nəsihət verib. O, evlənməyə hazırlaşan gəncləri səbirli olmağa səsləyib:

“Son günlər gündəmi zəbt edən boşanmalar bir vətəndaş, ana kimi məni narahat etməyə bilməz. Əziz gənc dostlarım, evlənmək çox asandır. Ev olmaq çətindir. Səbr, əzm, sədaqət, ən nəhayət sevgi ilə ev olur adam. Nə ev alırsınız, nə qızıl, nə cehiz, nə pal-paltar… Bütün yükü valideynlərə yükləyirsiniz. Ürəyiniz istəyən insanla da evlənirsiniz. İndi heç kimi zorla evləndirmək olmur.

Evlənmək qonaq getmək deyil. Evlənmədən öncə yaxşıca düşünün. Sizin boşanmalarınızın bədəlini valideynlər ödəyir. Biz sizi böyütmürük ki, bizə dərd verib qocaldasınız. Ağlınızı başınıza toplayın. Qoy, izdivacınız gec olsun, amma yarımçıq olmasın”.

Xatırladaq ki, bir neçə gündür bloger Aynişan Quliyeva ilə Kənan Əliyevin, həmçinin başqa bir bloger Aysel Şükürova ilə Oqtay Əhmədovun boşanması gündəmin əsas xəbərlərinə çevrilib. Nazilə Səfərli açıqlamasında ad çəkməsə də, onların boşanmasından məyusluğunu dilə gətirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90