Nazirliyin əməkdaşları qazi Elgün Fərəcovun evində – Fotobackend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Ucar rayon sakini, Vətən müharibəsində yaralanmış Fərəcov Elgün Həbib oğlunun ailəsi ilə görüşüb. Busaat.az xəbər verir ki, nazirlik əməkdaşları ailənin sosial vəziyyətini öyrəniblər.

Ailə 10 nəfərdən ibarətdir (Elgünün qardaşı və bacısı da hər biri öz ailələri ilə onlarla eyni evdə yaşayır).

Elgünün atası vəfat edib. Anası “DOST İş” Mərkəzi tərəfindən işlə təmin edilib. Hazırda müxtəlif işlərdə fərdi əməklə məşğul olduğunu deyən qardaşına da əmək müqaviləsi əsasında daimi iş təklif edilib.

Qardaşının həyat yoldaşı, habelə Elgünün bacısı hər biri iki azyaşlı uşağa baxırlar. Elgünün nənəsi isə hazırda pensiyaçıdır.

Ailəyə ünvanlı sosial yardım proqramı, proqrama necə müraciət edilməsi, sosial yardımın hansı hallarda təyin olunduğu barədə izahatlar da verilib.

Yaxın günlərdə Elgünün əlilliyinin qiymətləndirilməsi aparılacaq və əlillik dərəcəsi verildiyi halda ona aylıq təqaüd və müavinət ödənəcək.