Neftçalada pambıq yığımına başlanılıb – Fotolar

image-esasbackend

Ölkə başçısının kənd təsərrüfatı sahəsinə olan diqqət və qayğısı, tapşırıq və tövsiyələrinin davamı olaraq bu il Neftçala rayonunda 6949 hektar sahədə pambıq əkini həyata keçirilib və becərilib.

Busaat.az xəbər verir ki, əkilən pambıq sahələrinə lazımı aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, təbii proseslərə görə əkin sahələrinin suvarılmasında suyun şor olmasına baxmayaraq vaxtında suvarma suyu ilə təminatı həyata keçirilib. Əkilən pambıq sahələrinin becərilməsində yüzlərlə insan cəlb edilib və onların məşğulluğu təmin olunub. Pambıq sahələrinə göstərilən lazımi aqrotexniki qulluq nəticəsində pambıq tarlalarında bol məhsul yetişdirilib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, Neftçala SSİ-nin, Neftçala DAİM-in, “MKT İstehsal Kommersiya” MMC-in məsul şəxsləri və fermerlərin iştirakı ilə pambıq sahələrinə baxış keçirib, pambıq yığımına start verilib.
Pambıq sahəsində fermerlər ilə görüş keçirən RİH başçısı Mirhəsən Seyidov fermerləri narahat edən məsələlərlə maraqlanıb və müzakirələr aparıb, aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verib. Pambıq yığımında Rayon İcra Hakimiyyətinin xüsusi nəzarətinin gücləndirilməsi, gündəlik mövcud qrafiklərin hazırlanması, suvarma zamanı sudan səmərəli istifadə, fermerlər arasında ədalət meyarının qorunması məsələsinə xüsusi diqqət çəkilib. Pambıq məhsulunun bu il hər hektar üçün 40 sentnerə çatdırılması fermerlərlə müzakirə olunub. Sahələrdə defolyasiya işləri aparıldıqdan sonra isə pambıqyığan kombaynlarla pambıq yığımına kütləvi şəkildə başlanılacağı tarixlərə xüsusi nəzarətin həyata keçirilməsi tapşırılıb. Rayonda pambığın tez və itkisiz yığımını təşkil etmək məqsədilə bütün maşın və mexanizmlərin, pambıqyığan kombaynların hazır vəziyyətə gətirilməsi tapşırılıb.

Hazırda pambıq yığımına 35 ədəd pambıq yığan kombayn, 902 nəfər işçi qüvvəsi cəlb olunub və 1237,24 ton pambıq yığımı həyata keçirilib.





Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90