“Neftçi” 5 məşqçi ilə vidalaşdı

“Neftçi” 5 məşqçi ilə vidalaşdıbackend

Neftçi” Futbol Akademiyasının müqaviləsi başa çatan məşqçiləri ilə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.

Busaat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçilər Elnur İmamquliyev (U-15) və Ceyhun Əhmədov (U-10), köməkçi məşqçilər Ceyhun Rzayev (U-19) və Ədəhim Niftəliyev (U-14), eləcə də qapıçılar üzrə məşqçi Ramiz Əhmədova növbəti ayın əməkhaqqı ödənilərək, onlarla əməkdaşlığa son qoyulub.

Paytaxt təmsilçisi mütəxəssislərə xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90