“Neftçi”nin potensial rəqibləri müəyyənləşdi – Çempionlar Liqası

image-940811backend

2021-22 mövsümü üzrə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin 1-ci təsnifat mərhələsindəki bütün potensial rəqibləri bəlli olub.

Busaat.az xəbər verir ki, 31 klubun mübarizə apardığı bu mərhələdə Bakı təmsilçisi səpələnməmişlər sırasında yer alıb. “Ağ-qaralar” 15 komandadan biri ilə üz-üzə gələcək. Ermənistan klubu “Alaşkert” səpələnmişlər səbətində yer alsa da, “Neftçi”nin rəqibi olmayacaq.

2021/22 mövsümü, Çemponlar Liqası

1-ci təsnifat mərhələsi

Səpələnmişlər: “Dinamo” (Zaqreb, Xorvatiya), “Lüdoqorets” (Bolqarıstan), “Malmö” (İsveç), ÇFR (Rumıniya), “Legiya” (Polşa), “Şerif” (Moldova), “Ferensvaroş” (Macarıstan), “Şkendiya” (Şimali Makedoniya), “Slovan” (Slovakiya), “Alaşkert” (Ermənistan) “Dinamo” (Tbilisi, Gürcüstan), “Jalgiris” (Litva), “Flora” (Estoniya), “Buduçnost” (Monteneqro), “Kayrat” (Qazaxıstan), “Linkoln” (Cəbəllütariq)

Səpələnməmişlər: “Riqa” (Latviya), “Helsinki” (Finlandiya), “Linfild” (Şimali İrlandiya), “Fola Eş” (Lüksemburq), “Şaxtyor” (Belarus), “Neftçi” (Azərbaycan), “Makkabi” (Hayfa, İsrail), “Konnas-Ki Nomads” (Uels), “Şemrok Rovers” (İrlandiya, “Valyur” (İslandiya), “Bude Qlimt” (Norveç), “Mura” (Sloveniya), “Teuta” (Albaniya), İlkin mərhələnin qalibi, “Banya” (Bosniya və Herseqovina), “Hamrun Spartans” (Malta)

Xatırladaq ki, ilk 2 təsnifat mərhələsinin püşkü iyunun 15-16-da atılacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90