Nərimanov rayon könüllülərinin karantin dövründəki fəaliyyətibackend

Ölkə üzrə həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca məqsədlərindən biri vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi, sağlamlıqlarının qorunması və əhalinin sosial müdafiəsinin təmin edilməsidir.

Son illərdə qeyri – neft sektorunun inkişafında əldə edilən nailiyyətlər bu məqsədin uğurla reallaşmasına şərait yaradıb. Bütün kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.

Koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə ölkə Prezidentinin və Birinci vitse-prezidentin çağırışlarına cavab olaraq yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin keçirdiyi aksiyalara rayonumuzun könüllüləri də dəstək verərək müxtəlif aksiyalar həyata keçirir, ölkəmizdə belə tədbirlərin geniş vüsət almasına öz töhfələrini verirlər.

Xüsusi karantin dövründə yaşı 65-dən yuxarı olan və kimsəsiz insanlara yardım məqsədilə Nərimanov rayonun gənc fəalları və könüllüləri “Siz evdə qalın biz sizə gəlirik” adlı ümumrayon aksiyasını həyata keçiriblər. Aksiya çərçivəsində hər gün ən azı 200 ailəyə baş çəkib (ümumilikdə 5000-dən çox ailə) onlara tibbi və gigiyenik vasitələrlə yanaşı, ərzaq sovqatları paylanılmışdır. Könüllülər tərəfindən əhali arasında koronavirus (COVİD-19) epidemiyasına qarşı maarifləndirmə işləri aparılmış, sosial şəbəkələr vasitəsilə koronavirus epidemiyasına qarşı təbliğat video və foto məlumatlar mütəmadi olaraq paylaşılmışdır.

Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən də 20-dən çox “#Evdəqal – inkişafdan qalma”, “#Evdəqal – idmandan qalma” adlı sosial layihələr keçirilmişdir.
İnsanlarımıza, həmçinin aztəminatlı ailələrə göstərilən diqqət və qayğıya, eləcə də ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə görə ölkə rəhbərliyinə gənclərimiz və idmançılarımız adından dərin təşəkkürümü bildirirəm.

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi

Nəcəf Novruzov