“Netflix”in yeni abunəçiləri 15,8 milyona çatdı – REKORD GƏLİR

“Netflix”in yeni abunəçiləri 15,8 milyona çatdı – REKORD GƏLİRbackend

Tamaşaçılara ödənişli abunə əsasında film və seriallar təqdim edən ABŞ-ın “Neftlix” 2020-ci ilin birinci rübündə rekord gəlir əldə edib.

Yenicag.az xəbər verir ki, bu barədə şirkətin hesabatında bildirilir.

Koronavirus pandemiyası ilə mübarizə məqsədi ilə ayrı-ayrı ölkələrdə tətbiq edilən karantin qaydaları sayəsində mümkün olub. İnsanların evdə oturması onlayn film izləmələrinin sayını artırıb.

“Netflix”, bu ilin ilk rübündə abunəçi bazasını əvvəlki ilin eyni dövründəki 9,6 milyon göstəricisi ilə müqayisədə 15,8 milyon artırıb.

Kompaniyanın gəliri 709 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur.

Nəticədə “Netflix” bu dövrdə ziyan çəkməyən, əksinə mənfəət əldə edən azsaylı ABŞ şirkətlərindən biri olub. Bununla yanaşı, kompaniya gələn rübdə gəlirinin daha da artacağını proqnozlaşdırır – 800 milyon dollaradək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90