Niderland hökuməti istefa verdi

Niderland hökuməti istefa verdibackend

Hollandiyanın Baş naziri Mark Rutte və onun hökuməti uşaq pulu ilə bağlı qalmaqala görə istefaya gedib.

Busaat.az  xəbər verir ki, bu barədə Niderlandın “NOS” telekanalı məlumat yayıb. Bildirilib ki, qərar uşaq pulu ilə bağlı ictimai qalmaqalla əlaqədar qəbul edilib. Belə ki, parlament komitəsi 2020-ci il dekabrın ortalarında ən azı doqquz min ailənin uşaq pulu sistemindən sui-istifadə etməkdə haqsız yerə günahlandırıldığını göstərən bir araşdırmanın nəticələrini açıqlayıb.

Məlum olub ki, aldıqları vəsaiti dövlətə geri qaytarmaq əmri verildikdən sonra yüzlərlə ailənin maddi vəziyyəti ağırlaşıb.

Yaxın saatlarda Baş Nazir Ruttenin Hollandiya Kralı Villem-Aleksandra müvafiq istefa ərizə təqdim edəcəyi gözlənilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90