Niftalı Namazlı: “Məni susdurmaq istədilər, amma bacarmadılar”

image-aktyorbackend

Gənc aktyor Niftalı Namazlı sənət yolunda qarşılaşdığı çətinliklərdən, aktyorluq sahəsində yaşanan görünməyən məqamlardan və şəxsi prinsiplərindən danışıb.

Aktyor bununla bağlı Yeniera.az-a müsahibə verib.

– Niftalı bəy, sənət yolunuzun heç də asan keçmədiyini deyirsiniz. Ən böyük çətinliklər nələr olub?

– Bu sənətdə hər şey göründüyü kimi deyil. Mən bunları sadəcə eşitməmişəm, yaşamışam. Yolum heç vaxt rahat olmayıb. Çünki mən asan yolu seçmədim.

– Heç haqqınız olan obrazın əlinizdən alındığı olub?

– Bəli, dəfələrlə olub. Elə anlar yaşanıb ki, hazır olduğum, üzərində çalışdığım rol son anda başqasına verilib. Səbəblər isə çox vaxt açıqlanmayıb.

– Sənət cameəsində təzyiqlərlə qarşılaşdığınızı düşünürsünüz?

– Bəzən açıq, bəzən dolayı şəkildə bunu hiss etmişəm. “Öz yerini bil”, “müəyyən çərçivəni keçmə” kimi mesajlar bu sahədə yad deyil. Amma mən o çərçivələrə sığan insan deyiləm.

– Sizcə, bu sahədə istedad hər zaman ön planda olur?

– Təəssüf ki, yox. Bunu demək çətindir, amma həqiqətdir. Bəzən başqa amillər daha tez yol açır. Mən isə o yolu seçmədim.

– Bütün bunlara baxmayaraq, geri çəkilməyi düşünmüsünüz?

– Heç vaxt. Mən geri çəkilməyi yox, daha da güclənməyi seçdim. Məni dayandırmaq istəyənlər çox oldu, amma bacarmadılar.

– Hazırda özünüzü sənətdə hansı mərhələdə görürsünüz?

– Mən sadəcə davam etmirəm, gəlirəm. Və bu dəfə məni görməmək mümkün olmayacaq.

YENİERA.AZ

image-niftali

aktyor

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki