Nikol Paşinyan istefa verməyəcəyini açıqlayıb

Nikol Paşinyan istefa verməyəcəyini açıqlayıbbackend

Ermənistanın baş naziri Nikol Paşinyan istefa verməyəcəyini bildirib.

“Mənim gündəliyimdə yalnız bir məsələ var – ölkədə sabitliyi təmin etmək. Başqa məsələlər gündəliyimdə yoxdur”, – N.Paşinyan noyabrın 16-da keçirdiyi onlayn mətbuat konfransında deyib.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Qarabağda atəşkəsə dair üçtərəfli bəyanat imzalanıb.

Bundan sonra Ermənistanda Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları başlayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90