“Qalatasaray”ın yarımmüdafiəçisi Nikolo Zaniolonun klubdakı taleyi yaxın 10 gündə müəyyənləşməlidir.
Busaat.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Əli Naci Küçük “Spor Arena” YouTube kanalında yayımlanan videoda bildirib.
Onun sözlərinə görə, yarımmüdafiəçinin transferi üçün “Qalatasaray”a ən yaxşı təklifi Sankt-Peterburq “Zenit”i edib. Peterburqlular Zaniolo üçün 30 milyon avro verməyə hazırdılar.
Qeyd edək ki, yarımmüdafiəçi ilə “Aston Villa” ilə yanaşı, digər Avropa və Səudiyyə komandaları da maraqlanır.
Xatırladaq ki, daha əvvəl Zaniolo özü üçün maraqlı təklif almazsa, onun “Qalatasaray”da qalacağı bildirilmişdi.