Niyaz Niftiyevin məhkəməsi oldu

image-niyazbackend

Binəqədi bələdiyyəsinin sədri işləmiş Niyaz Niftiyev, keçmiş sədr Mətanət Nəsibova və şöbə müdiri olmuş Sahib Abışovun məhkəməsi keçirilib.

Busaat.az  xəbər verir ki, prosesdə ifadə verən Mətanət Nəsibova bildirib ki, 2020-ci ilin yanvar-aprel aylarında N.Niftiyev onun müavini olub.

O qeyd edib ki, pandemiya dövründə sahibkarlar arayış almaq üçün bələdiyyəyə müraciət ediblər və müvafiq şöbə tərəfindən araşdırıldıqdan sonra həmin sahibkarlara arayışlar verilib: “Əvvəlcə onların torpaq və başqa vergilərin ödənilməsi tələb olunub. Əgər həmin sahibkarın hər-hansı bir borcu varsa, ödəniş edib qəbzi təqdim edirdi. Mən baxıb, imzalayıb, möhürləyirdim. İllər ərzində daim o tipli arayışlar açıq şəkildə verilib. Bələdiyyə sədri ümumiyyətlə, vətəndaşın üzünü görmür. Onlardan vergi, pul müvafiq şöbədə alınır və işi sadəcə təqdim olunan arayışa imza atmaqdır”.

M.Nəsibova arayış verilən şəxsin həmin bələdiyyənin ərazisində yaşadığını necə müəyyənləşdirdikləri barədə sualı belə cavablandırıb: “Binəqədi ərazisində sakinlərin çoxunun rəsmi qeydiyyatı yoxdur. Ona görə də şəxsin orada yaşayıb-yaşamamasının şəxsiyyət vəsiqəsi ilə təsdiq edilməsi mümkün deyil. Bizim vergi müfəttişlərimiz hamını tanıyır. Bundan başqa, arayış istəyən şəxsi müvafiq şöbə araşdırır və bizə bildirilir ki, doğurdan da həmin adam qəsəbə ərazisində fəaliyyət göstərir. Biz də bu təqdimat əsasında həmin arayışa imza atırdıq”.

Mətanət Nəsibova bildirib ki, Niyaz Niftiyevin rüşvət alması, qanunsuz əməllər etməsi ilə bağlı heç bir məlumatı olmayıb. N.Niftiyevin vəkili müvəkkilinin ev dustaqlığına buraxılması barədə məsələ qaldırıb. Hakim bildirib ki, növbəti proseslərdə bu məsələyə baxıla bilər. Məhkəmə iyunun 14-də davam etdiriləcək.

Qeyd edək ki, istintaqın istinad etdiyi yalnız 4 arayışda N. Niftiyev imzası var.

Niyaz Niftiyev ifadəsində bildirib ki, imza atdığı 3 arayışı verdiyi şəxsin həqiqətən də sədri olduğu bələdiyyə ərazisində yaşayıb-yaşamadığını dəqiqləşdirmək imkanı olmayıb. Bildirib ki, həmin vaxt pandemiya ilə əlaqədar imkansız və tənha ailələrə (800 nəfərə) ərzaq yardımı paylanılıb, bələdiyyəyə sakinlərin axını, gərgin iş rejimi olub. Həmin 3 nəfər öyrədilmiş şəxslər olduğuna görə, bələdiyyə əməkdaşlarını inandıra biliblər ki, həqiqətən, bələdiyyə ərazisində yaşayırlar və hansısa xırda ticarətlə məşğuldurlar.

N. Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. O, Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Azadinform.az saytının rəhbəri idi.

Xatırladaq ki, N. Niftiyevin həbsi ilə bağlı bir qrup ziyalı ölkə başçısına müraciət edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90