Növbəti karantin sərtləşməsi: “İş yerlərinin bağlanmaması vacibdir

Növbəti karantin sərtləşməsi: “İş yerlərinin bağlanmaması vacibdirbackend

“Daha da sərtləşdirilməyə gedilməməsi üçün hamımızın koronavurisdan qorunmaq qaydalarına əməl etməyimiz vacibdir”.

Busaat.az xəbər verir ki, bunu Azərbaycanda karantin rejiminin daha da sərtləşdirilməsinə münasibət bildirən deputat Vüqar Bayramov bildirib.

Vüqar Bayramova görə, karantin rejiminin daha da sərtləşməməsi üçün vətəndaşlar məsuliyyətli olmalıdır:

“Artıq dünya da yeni sərtləşmə mərhələsinə qədəm qoyur. Bir sıra Avropa ölkələrindən sonra qonşu Türkiyə və Rusiya da karantin qaydaları sərtləşdirildi. Artıq yeni qaydalar ictimaiyyətə təqdim olunub. Yeni qaydalarda diqqəti çəkən əsas məqamlardan biri noyabrın 21-dən dekabrın 28-dək yalnız şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılmasıdır.

Bu o deməkdir ki, həftənin digər günləri üçün bu sahələrdə xüsusi yeni qadağalar olmayacaq. İqtisadçı olaraq, biz real özəl sektorun fəaliyyətinin davam etdirilməsinin tərəfdarıyıq. Çünki bu iş yerlərinin bağlanmaması və ümumi iqtisadi dəyərin qorunub saxlanması baxımdan vacibdir. Bütün hallarda daha da sərtləşdirilməyə gedilməməsi üçün hamımızın koronavurisdan qorunmaq qaydalarına əməl etməyimiz vacibdir”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90