“O vaxtlar Rəqsanənin bərk gedən vaxtları idi, mən də cavan uşaq…” – VİDEO

“O vaxtlar Rəqsanənin bərk gedən vaxtları idi, mən də cavan uşaq…” – VİDEObackend
Müğənni Rəqsanə İsmayılovanın ifasında məşhurlaşan “Mən səni görmək istəsəm, hara gəlim?” mahnısının müəllifi meyxanaçı Aqşin Fateh imiş.
Busaat.az xəbər verir ki, meyxanaçı bu barədə ARB-nin “Səhər-səhər” proqramında danışıb. O deyib ki, sözügedən mahnını Rəqsanə ilə duet oxumaq istəsə də, qarşı tərəf buna razı olmayıb:
“İlk məşhurlaşan mahnım Rəqsanə İsmayılovanın repertuarındakı “Mən səni görmək istəsəm, hara gəlim?” mahnısıdır. O vaxtlar Rəqsanə xanımın bərk gedən vaxtları idi, mən də cavan uşaq idim. Mahnını tək oxumaq istədi, mən də dedim ki, tək oxumaq istəyirsənsə, pulunu ver. O da acığa mahnının altına mənim adımı yazmadı. Adım müəllif kimi yazılmasa da, mahnımın kütləvi şəkildə tanınmasına çox sevindim”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90