“Oğlum terrorçu deyil, birgə tutulanlar onu tanımırlar”

“Oğlum terrorçu deyil, birgə tutulanlar onu tanımırlar”backend

Məqsədi köhnə dostuna borc pul göndərmək olduğunu deyən Sabirabad sakini Cavid Əmənov sonradan terror təşkilatını maliyyələşdirmək ittihamı ilə həbs edilib. 

“Qafqazinfo”ya müraciət edən C.Əmənovun atası  Fazil Əmənov iddia edir ki, hazırda nə oğlunun pul göndərdiyi şəxs ortadadır, nə də Cavidlə birgə tutulanlar onu tanımır.

40 ildir pedoqoji fəaliyyətlə məşğul olduğunu deyən ata həm də oğlu Cavidin müəllimi olub: “Cavid mənim tərbiyəmi götürüb, hərbi xidmət 1 il yarım olduğu halda, o, 3 il xidmət edib. Daim onun ətrafından mənə razılıq olunub. Cavidə verilən maddələr ona aid deyil. O, düzdür ki, pul göndərib, amma xəstə bir uşaq üçün göndərib. Cavidin başqa bir məqsədi olmayıb. O, heç vaxt vətənə, xalqa xəyanət etməyib. Cavidin ağlına belə gəlməzdi ki, Suriyaya gedib orada kiməsə kömək etsin. O maddələr oğluma yaraşmır. Cavidin terrorla, terror təşkilatı ilə heç bir əlaqəsi olmayıb. Cavidin pul göndərdiyi Xəyal onunla əvvəllər birgə işləyib. Həmin adam bəzən ailəvi bizim evimizdə də qalıb. Azərbaycandan gedəndən sonra Cavidə deyib ki, iş tapa bilmirəm, mənə kömək elə. Cavid də yeganə dostu kimi uşağının müalicəsi üçün ona pul göndərib. İndi də bilmir ki, Xəyal haradadır və nə işlə məşğuldur. Onunla birgə tutulan adamları isə əvvəldən ümumiyyətlə tanımayıb, heç bir əlaqəsi olmayıb. Onlar da oğlumu tanımadıqlarını deyirlər. Xahiş edirəm ki, Cavidi ailəsinə, balalarına, onu öz evinin bağlanmış qapısını açmağa göndərsinlər, azadlığını özünə qaytarsınlar”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90