Ölkə üzrə həftəsonu ictimai nəqliyyatın fəaliyyəti dayandırıldı

Ölkə üzrə həftəsonu ictimai nəqliyyatın fəaliyyəti dayandırıldıbackend

Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabrın 19-da ölkə üzrə şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması ilə bağlı imzaladığı qərar bu gündən qüvvəyə minib.

 

Busaat.az xəbər verir ki, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

 

Eyni zamanda, Bakı Metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb.

 

Qeyd edək ki, Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb və bəzi məhdudiyyətlər tətbiq edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90