Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft91.84 $▼3.60%
  • WTI neft85.06 $▼3.71%
  • Avropa qazı (TTF)84.05 €▼7.59%
  • Təbii qaz (ABŞ)3.121 $▼1.17%
  • Qızıl3 859 $▼0.29%
  • Gümüş46.91 $▼0.87%
  • Pambıq81.31 ¢▲2.99%
  • Buğda601.75 ¢▲2.56%
  • Bitcoin65 336 $▲0.03%
  • Ethereum1 829 $▼0.30%
  • S&P 5007 417▼1.91%
8°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Hava proqnozu

Onilliklərin ən güclü istisi gözlənilir - Xəbərdarlıq

image-isti1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Birləşmiş Millətlər Təşkilatı (BMT) qlobal temperaturun daha da yüksəlməsinə səbəb ola biləcək yeni “El Nino” mərhələsinin yaxın həftələrdə başlaya biləcəyi barədə xəbərdarlıq edib.

Busaat.az xəbər verur ki, Dünya Meteorologiya Təşkilatının məlumatına görə, “El Nino” 2026-cı ilin qalan hissəsində güclənərək dünya üzrə daha ekstremal hava hadisələrinə yol aça bilər.

Milli meteorologiya xidmətlərinin proqnozları isə prosesin “super El Nino” səviyyəsinə çatacağını göstərir.

Alimlər “El Nino”nun dəqiq vaxtını və intensivliyini müəyyənləşdirmək üçün Sakit okeandakı temperatur dəyişikliklərini izləyirlər. Son aylarda mərkəzi Sakit okeanda və Cənubi Amerika sahillərində suyun temperaturunda qeyri-adi artım qeydə alınıb.

Aprel ayından etibarən əsas monitorinq zonalarında istiləşmənin davam etməsi “El Nino”nun yaxınlaşdığını daha da aydın göstərib.

Böyük Britaniya Meteorologiya Xidmətinin mütəxəssisi professor Adam Skayf bildirib ki, alimlər rekord qıra biləcək güclü təbii hadisənin yaxınlaşdığına, demək olar ki, əmindirlər.

Qeyd edək ki, Sakit okeanda dəniz səthinin temperaturu uzun müddət ərzində normadan yarım dərəcədən çox yüksəldikdə “El Nino” hadisəsi baş verir. Temperatur artımı iki dərəcəni keçdikdə isə bu vəziyyət “çox güclü” və ya “super El Nino” kimi qiymətləndirilir.

1950-ci ildən bəri belə hadisələr yalnız bir neçə dəfə qeydə alınıb. Mövcud proqnozlar yeni “El Nino”nun əvvəlki rekordlarla müqayisə oluna biləcəyini, hətta onları üstələyə biləcəyini göstərir.

Peyklər və okeanoqrafik müşahidələr Sakit okeanın yüzlərlə metr dərinliyində şərq istiqamətində hərəkət edən nəhəng istilik dalğasının formalaşdığını göstərir. Bəzi ərazilərdə temperatur normadan 6 dərəcəyə qədər yüksəkdir.

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) mütəxəssisi Mişel L’Örö bildirib ki, bu cür dərin okean istiliyi sonradan səth sularını və atmosferi qızdıraraq qlobal hava sistemlərinə ciddi təsir göstərir.

Bildirilir ki, güclü “El Nino” Cənubi Amerika, Cənub-Şərqi Asiya və Avstraliyanın bəzi bölgələrində quraqlıq və meşə yanğınları riskini artıracaq.

Bununla yanaşı, Hindistanda musson yağışlarını zəiflədə, Afrika Buynuzunda quraqlığa səbəb ola və ABŞ-nin cənub bölgələrində daşqın riskini yüksəldə bilər.

Keçmiş “El Nino” hadisələri kənd təsərrüfatında böyük itkilərə, ərzaq qiymətlərinin bahalaşmasına və qlobal iqtisadiyyatda yüz milyardlarla dollarlıq zərərlərə səbəb olub.

BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, “El Nino” artıq iqlim dəyişikliyinin təsiri altında olan planetdə istiləşməni daha da sürətləndirəcək.

ABŞ-nin “Berkeley Earth” təşkilatının iqlimşünası Zek Hausfater isə hesab edir ki, 2027-ci il müşahidə tarixinin ən isti ili ola bilər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=184882