Onlar niyə qumar oyunlarını reklam edirlər?backend

Son günlər sosial şəbəkələrdə qumar oyunları ilə bağlı yayılan reklam çarxlarında tanınmış sənət adamlarının fotolarından istifadə edilir.

Axşam.az xəbər verir ki, hansısa bir oyunun reklamında onların bizlərə oynayıb çoxlu pul qazanmaq məsləhət gördüklərinə rast gəlirik. Hətta özlərinin də bu oyun vasitəsilə yüksək pullar qazandıqları qeyd edilir.

Bu cür hadisə ilə ilk qarşılaşan aparıcı Zaur Baxşəliyev olmuşdu. Zaur sosial şəbəkədə bunla bağlı paylaşım edərək, saytlara müraciət ünvanlamış, bunun yalan olduğunu vurğulamışdı. Aparıcı hətta polisə şikayət edərək, bu hadisənin araşdırılmasını istəyib.

Daha sonra eyni görüntü sosial şəbəkədə Xalq artisti Murad Dadaşovla qarşımıza çıxdı. O da eyni Zaurun reklam etdiyi qumar oyununu məsləhət görərək, milyonlar qazanacağımızı iddia edib. Dələduzluqla məşğul olan “application” tanınmışların adından istifadə edərək insanların pullarını soymağa çalışırlar.

Bu dəfə isə saxta reklam çarxının qurbanı müğənni Nigar Camal olub. Onlar sənətçinin özü üçün çəkdiyi və İnstaqramında yerləşdirdiyi bir videosunu götürərək, oyunun reklam çarxını hazırlayıblar. Nigar bundan xəbərsiz olduğunu bildirib və məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəyini bildirib.