“Onu milliyə çağıranlar cavab versinlər”

“Onu milliyə çağıranlar cavab versinlər”backend

Azərbaycan yığması Millətlər Liqasının qrup mərhələsində Lüksemburq və Kiprlə qarşılaşacaq.

Həmin oyunlar üçün yığmaya dəvət alan Eddi İsrafilov (“Albasete”, İspaniya) və Dmitri Nazarov (“Ersgebirge”, Almaniya) koronavirus pandemiyasına görə milliyə gəlməkdən imtina etdilər.

Busaat.az xəbər verir ki, Azərbaycan millisinin keçmiş futbolçusu, uzun illər “Ağsu”nun baş məşqçisi olmuş Rüfət Quliyev milliləşdirilmiş oyunçuların yığmadan imtina etmələrinə münasibət bildirib:

“Milliyə dəvət alan oyunçulara baş məşqçi cavabdehdir. Canni De Byazi yenidir və ona uğurlar arzulayırıq. Baş məşqçi yeni olduğu üçün millimizə dəvət alan futbolçuları onun köməkçisi və ya digər şəxslərin seçməsi mümkündür. Həmişə istəmişik ki, millimiz uğurlar qazansın. Ancaq son zamanlar yığmanın nəticələri ürəkaçan deyil. Ümid edirik ki, Millətlər Liqasının qrupundan yığmamız çıxa biləcək.

Artıq öz futbolçularımızı yetişdirib oynatmağın vaxtı çatıb. Yaxşı olardı ki, milliləşdirilmiş oyunçulara deyil, vətənimizin uşaqlarına güvənək. Onsuz da nəticə qazana bilmirdik. Artıq vaxt çatıb və şansı öz futbolçularımıza verməliyik. Fikrimcə, Eddi Silvestr Paskual İsrafilov Azərbaycan millisinə lazım deyil. Onun milliyə dəvət edilməsi böyük sualdır. Milli formanı ona verən insanlar cavab versin.

Dmitri Nazarovun isə yığmaya köməyi dəyib. Ancaq millini bu gün çətin vəziyyətdə atıb gəlməməyi insanlara pis təsir edib. Şəxsən mən də onların hərəkətindən narazıyam. Nazarov yığmanın əsas üzvlərindən sayılır. Amma İsrafilov lazımsız futbolçudur. Onu oynadığı klublar da heyətdə saxlamaq istəmir. Eddi Silvestr naz edir, biz də onun nazı ilə oynayırıq”. (Sportal.az)

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90