Operativ Qərargahdan toyların bərpası ilə bağlı açıqlama: Nə vaxt icazə veriləcək?

Operativ Qərargahdan toyların bərpası ilə bağlı açıqlama: Nə vaxt icazə veriləcək?backend

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva xarici təcrübədə olan müəyyən qaydalar əsasında toyların bərpası və bölgələrə gediş-gəliş məsələsinə münasibət bildirib.

Yenicag.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib ki, hər bir qaydaya riayət etmək vətəndaşdan asılıdır:

“Qaydalar sərtləşdikcə psixoloji gərginlik olur, vətəndaş həm SMS-lə bayıra çıxsın, həm marketdə onu kimsə izləsin, bu, mümkün deyil. Cəmiyyət bir-birinə təzyiq göstərməlidir, hər nəzarəti dövlət qurumundan gözləmək olmaz.

Digər ölkələrdə toy və bölgələrə gediş-gəlişlə bağlı məsələyə gəldikdə isə, biz bütün ölkələrlə daima əlaqədəyik. Amma bunun üçün statistikanın normal bir səviyyəyə düşməsi lazımdır, yəni virus nəzarətdə saxlanacağı vəziyyətə düşəndə bunlar mümkündür”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90