Ordumuz Ermənistan Sərhəd Qoşunlarının 40-a yaxın hərbçisini MƏHV ETDİ

Ordumuz Ermənistan Sərhəd Qoşunlarının 40-a yaxın hərbçisini MƏHV ETDİbackend

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhəd qoşunları münaqişə bölgəsindəki döyüş əməliyyatları zamanı 37 nəfəri itirib.

Busaat.az xəbər verir ki, bu haqda məlumatı MTX-nin direktor müavini Armen Abazyan çərşənbə axşamı keçirdiyi mətbuat konfransında deyib.

“Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçuları döyüş əməliyyatlarına cəlb edilib. Təəssüf ki, 37 nəfər ölüb, 4 nəfər itkin düşüb. Digər 243 nəfər yaralanıb” deyib.

Qeyd edək ki, Qarabağ münaqişəsi zonasında 27 sentyabrdan bəri gərgin döyüşlər gedir. Azərbaycan Silahlı Qüvvələri işğalda olan torpaqlarının bir qismini azad edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki