Ordumuz irəliləyir: Düşmən qaçır… – CƏBHƏDƏN YENİ XƏBƏR

Ordumuz irəliləyir: Düşmən qaçır… – CƏBHƏDƏN YENİ XƏBƏRbackend

“İşğaldan azad edilən Cəbrayıl rayonun 13 kəndinin hər birinin strateji əhəmiyyəti var. Əvvəllər həmin kəndlərin işğal altında olması bizim irəliyə getməyimizə və digər ərazilərin azad edilməsinə müəyyən qədər maneələr yaradırdı. Amma artıq bu maneələr də aradan qaldırılıb.”

Busaat.az xəbər verir ki, bu sözləri Redaktor.az-a hərbi ekspert Üzeyir Cəfərov bu gün işğaldan azad edilən kəndlərin strateji əhəmiyyətindən danışarkən deyib. O, azad olunan bütün ərazilərin bizi qarşıya qoyulan tapşırığa yaxınlaşdırdığını bildirib:

“Əslində bütün ərazilər bizim üçün əhəmiyyətlidir, amma bəzi nöqtələr var ki, onların strateji əhəmiyyəti digərlərinə nisbətən daha çoxdur. Məhz həmin əhəmiyyətli nöqtələrin azad edilməsi ordumuzun daha da irəli getməsinə kömək edir.

Ümumilikdə, Cəbrayılın işğaldan azad edilməsi, düşmənin kommunikasiyasının ordumuzun nəzarətinə keçməsi deməkdir. Əgər əvvəllər həmin nöqələrdən düşmənə silah daşınırdısa, artıq bunu edə bilməyəcəklər. Çünki həmin ərazilər indi bizim nəzarətimizdədir”.

Hərbi ekspert hazırda Azərbaycan ordusun işğal altında olan digər ərazilər uğurunda mübarizə apardığını bildirib:

“Hazırda işğal altında olan digər ərazilər uğrunda döyüşlər gedir. Ordumuz çox qətiyyətlə irəliləyir. Hədəfimiz işğal altında olan bütün ərazilərin tamamilə işğaldan azad olunmasıdır. Bəzi məlumatlar var ki, onları öncədən açıqlamaq olmaz. Amma ümumilikdə deyə bilərəm ki, düşmən artıq tab gətirə bilmir və silahlarını qoyub qaçırlar. Bu, ordumuzun nə qədər güclü, düşmənin isə nə qədər qorxaq olduğunu göstərir. Hər kəs əmin olsun ki, Azərbaycan ordusu qarşıya qoyulan tapşırığı ən yüksək səviyyədə yerinə yetirir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90