“Ötən il 98 nəfərin diplomunun saxta olduğu müəyyən edilib” – DİM

image-0ba02e6e-9cb0-47eb-af9b-c71c518f3453backend

Ötən il 98 nəfərin diplomunun saxta olduğu müəyyən edilib.

Busaat.az  xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent 12” jurnalında qeyd edilib.

Bildirilib ki, 2021-ci ildə 936 şəxsə aid 6 magistr, 751 bakalavr, 3 orta ixtisas və 176 yenidənhazırlanma diplomlarının həqiqiliyinin yoxlanması üçün Dövlət İmtahan Mərkəzi Təhsil Nazirliyinə sorğular göndərib. Nəticədə 98 nəfərin diplomunu hüquqi əsası olmadığı müəyyən edilib. Bunlardan 85-i bakalavr, 2-si orta ixtisas və 11-i yenidən hazırlanma üzrədir.

Hüquqi əsası olmayan diplomlarla bağlı məsələlərə hüquqi qiymət verilməsi üçün Mərkəz tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib. Müraciətə cavab olaraq diplomların saxtalaşdırılması və digər qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı müvafiq tədbirlərin görüldüyü bildirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90