Özbaşına antibiotik istifadəsinin yan TƏSİRLƏRİ

image-1697630698_1697629272-1687967613_derman-11backend

Bir çoxları soyuqdəymə şikayətləri olan kimi, dərhal reseptsiz dərmanlara müraciət edirlər. Amma bunlar həmişə tamamilə təhlükəsiz deyil.

Busaat.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev nazirliyin rəsmi instaqram səhifəsində izləyici suallarını cavablandırarkən qeyd edib.

Mütəxəssis-ekspert bildirib ki, qrip kimi viral, həmçinin bakterial infeksiyalarda da özbaşına antibiotik istifadə olunması yəqin ki, hərkəsə məlumdur.

“Belə olan hallarda orqanizmin antibiotiklərə davamlılığı yaranır, hətta daha təhlükəli yan təsirlərə səbəb ola bilər. Adi boğaz ağrısında istifadə olunan pastillərin boğaz ağrısına qarşı təsirinin olub-olmaması belə mübahisəlidir. Onlar hətta selikli qişanın bakterial florasını məhv edə bilərlər. Burun axıntısında istifadə olunan burun spreylərinin 1 həftədən artıq istifadəsi, burun selikli qişasını quruda bilər. Bunun əvəzinə duzlu su ilə sprey, çobanyastığı ilə buxar hamamı daha etibarlıdır və daha yaxşı nəfəs almağa kömək edə bilər”, – deyə o əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki