Özbəkistanla Türkiyə ortaq hərbi təlimlərə başladı

image-ozbekistan-turkbackend

Özbəkistanda Türkiyə və Özbəkistan Silahlı Qüvvələrinin ortaq hərbi təlimləri başlayıb.

Busaat.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bu gün Termiz şəhərindəki hərbi poliqonda keçiriləcək Özbəkistan-Türkiyə ortaq hərbi təliminin açılış mərasimi təşkil olunub.

Təlimin açılışında Müdafiə Nazirliyi rəsmisi Laziza Usmanov, Cənubi Əməliyyat Bölgəsi komandiri Polat Satvaldiyev və Türkiyə Xüsusi Əməliyyatlar Briqada komandir köməkçisi Rüştü Töredinin başçılığı ilə iki ölkənin xüsusi əməliyyat qüvvələri iştirak ediblər.

Birgə hərbi təlim çərçivəsində iki ölkənin əsgərləri birlikdə 15 kilometrlik xüsusi taktiki dəhlizini keçmək, xüsusi atışlar, yaxın döyüşlər və çətin şərtlərdə sağ qalmaq məşqləri edəcəklər.

Rəsmi səfər çərçivəsində Özbəkistana gələn Baş Qərargah rəisi general Yaşar Gülər 25 martda keçiriləcək ortaq manevrləri izləyəcək.

İki ölkə arasındakı hərbi əməkdaşlıq planı çərçivəsində təşkil olunan birgə təlim 27 martda sona çatacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90