Pakistanda təbii fəlakətlərdə ölənlərin sayı 1638-ə yüksəlib

image-pakbackend

Pakistanda 14 iyundan bəri davam edən musson yağışlarının yaratdığı fəlakətlərdə həyatını itirənlərin sayı 1638-ə çatıb.

Busaat.az xəbər verir ki, bu barədə Pakistan Fəlakətin İdarəetməsi üzrə Milli Agentliyi (NDMA) məlumatına yayıb.

Məlumata görə, davam edən yağışlar nəticəsində 588-i uşaq və 332-si qadın olmaqla 1638 nəfər ölüb, 12.865 nəfər yaralanıb.

Yağışlar nəticəsində 2 milyon 49 min 482 evə ziyan dəyib, onlardan 824 min 169-u tamamilə dağılıb.

Ümumilikdə 13 min 74 kilometr yol və 392 körpü dağılıb, bir milyon 103 min 800 təsərrüfat heyvanı tələf olub.

Yağışlardan 33,4 milyon insan zərər çəkib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90