Pakistanda yüzlərlə insan “Qarabağ Azərbaycandır” başlıqlı fləşmob hazırladı – FOTO

image-pkbackend

Pakistanda Qarabağ qələbəsinin 2-ci ildönümü münasibətilə yüzlərlə insan “Qarabağ Azərbaycandır” başlıqlı fləşmob yaradıb.

Busaat.az xəbər verir ki, Azərbaycanın Zəfər Günü münasibətilə Pakistanda yerləşən Müsəlman İnstitutu Pəncab əyalətinin Chang şəhərində həmrəylik tədbiri təşkil edib.

Qarabağ qələbəsinin 2-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə Azərbaycanın İslamabaddakı səfiri Xəzər Fərhadov, Müsəlman İnstitutunun prezidenti Sahibzadə Sultan Əhməd Əli və digər qonaqlar iştirak ediblər.

Onlarla metr uzunluğunda Türkiyə, Pakistan və Azərbaycanın bayraqlarının dalğalandığı tədbirdə çox sayda insan bir araya gələrək “Qarabağ Azərbaycandır” yazısını ətrafında birləşib. Tədbir iştirakçıları “Qarabağ Azərbaycandır” şüarları səsləndiriblər.

image-pk

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90