Pandemiya dövründə ofislər üçün GÖSTƏRİŞLƏRbackend

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər hazırlayıb.

Busaat.az xəbər verir ki, sənəd müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə çalışan əməkdaşların və vətəndaşların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.

Mövcud olan məlumatlara əsasən COVID-19 insanlar arasında birbaşa hava-damcı yolu ilə və ya dolayı yolla kontaminasiya olunmuş səthlərə təmasdan sonra əllərlə ağız boşluğu, gözlərə, buruna və s. toxunduqda ötürülür.

Bir çox hallarda yoluxmuş insanlarda xəstəliyin gedişatında yüngül simptomlara rast gəlinir, lakin yaşlı və/və ya yanaşı xəstəliyi olan yoluxmuş insanlarda kəskin ağırlaşmalar müşahidə olunur.

Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, ağız boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini azaldır.

ÜMUMİ GÖSTƏRİŞLƏR

Xidmət sahəsi müəssisələrində COVID-19-la mübarizə çərçivəsində görülməli tədbirlər:

Müəssisələrdə sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanması;

Müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi;

Bütün ərazilərin əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər ilə təmin edilməsi;

Birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməsi;

Əməkdaşların yetərli sayda tibbi maska və əlcəklərlə (zəruri sahələrdə) təmin olunması;

Xidmət sahəsi müəssisələrində çalışan işçilərin gün ərzində bir çox insanla yaxın təmasda olduğunu nəzərə alaraq, birdəfəlik istifadə edilən maska, həmçinin de-zinfeksiya məhlulundan düzgün istifadə etmələrinin təmin edilməsi;

İstifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbaların qoyulması və bu tullantıların müvafiq qaydada məhv edilməsi;

Müəssisədə növbə ilə çalışan əməkdaşların eyni heyətdə işləmələri və rotasiya edilməmələrinin təmin olunması;

Ehtimal edilən yoluxma riskinin azaldılması məqsədi ilə təchizatçılar və müştəri-lər ilə rəhbərlik tərəfindən təyin olunmuş eyni əməkdaşların ünsiyyətdə olması;

Mətbəxdə, heyət otaqlarında, sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işlərinin aparılmasının təmin edilməsi,

Qida qəbulu zallarında oturacaqların ara məsafəsinin 1m-dən az olmamasının təmin edilməsi;

Qida qəbulu zallarında yemək masaları arasındakı məsafənin 2 m-dən az olma-masının təmin edilməsi;

Zalların və otaqların mütəmadi havalandırılması;

İşçi heyətin mütəmadi olaraq maarifləndirilməsi, həmçinin infeksiyanın yayıl-masının qarşısının alınması ilə bağlı ən son məlumatlara sahib olması;

Tullantıların vaxtında kənarlaşdırılması, həmçinin tullantı qablarının təmiz sax-lanılması;

Müştəriləri məlumatlandırmaq məqsədilə infoqrafın müəssisənin giriş-çıxış qa-pılarında, soyuducuların qapılarında, rəflərdə, piştaxtalarda və rahat görünən di-gər yerlərdə asılması, həmçinin ödəniş həyata keçirilən zaman hər bir istehlak-çıya təqdim olunması.

TƏMİZLİK VƏ DEZİNFEKSİYA İŞLƏRİ

Həyata keçirilən təmizlik-dezinfeksiya işləri xidmətin növü, təmasda olunan məhsul-ların xüsusiyyətləri, təmizlik-dezinfeksiya qaydaları nəzərə alınmaqla və müxtəlif təmiz-lik vasitələrindən istifadə etməklə aparılır. Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində mütəmadi olaraq əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatlarından sonra isə bütün sahələrdə həyata keçirilməlidir.

Təmizlik-dezinfeksiya işləri həyata keçirilərkən aşağıdakı ardıcıllığa riayət edilməlidir:

Mexaniki təmizlik: quru çirklər və tullantılar səthlərdən və məkandan uzaqlaşdı-rılır;

Təmizləmə: isti su və lazımi hallarda yuyucu vasitələrdən istifadə etməklə həyata keçirilir;

Durulama: istifadə edilmiş yuyucu vasitə qalıqlarının səthdən tamamilə uzaqlaş-dırılması məqsədilə isti sudan istifadə edilir;

Dezinfeksiya: istifadəsinə icazə verilən dezinfeksiyaedici maddələr istifadə təli-matına uyğun olaraq tətbiq edilir.

Dezinfeksiyaedici maddələrdən istifadə zamanı diqqət yetirilməli məqamlar:

İstifadə təlimatında qeyd edilmiş yararlılıq müddəti və istifadə qaydası mütləq nə-zərə alınmalıdır;

Lazım olan konsentrasiyadan (qatılıq) artıq istifadə edilməməlidir;

Digər şəxslərin yanlış istifadəsinin qarşısını almaq məqsədilə dezinfeksiyaedici məhlul hazırlandıqdan sonra qablaşdırma üzərində tərkibi və hazırlanma tarixi barədə qeyd yazılmalıdır;

Dezinfeksiya işlərinin aparılması tezliyi planlaşdırılmalıdır;

Dezinfeksiya işlərini həyata keçirən işçi heyət xüsusi qoruyucu vasitələrlə (əlcək, maska və s.) mütləq təmin edilməlidir;

Dezinfeksiya işlərinin həyata keçirildiyi sahə bu işlər başa çatdıqdan sonra hava-landırılmalıdır;

Dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilən səth üzərində töv-siyə olunan qalma müddətinə ciddi riayət edilməlidir.

Səthlərdə virusun qalma müddəti

Xidmət sahələrində dezinfeksiya edilməsi vacib olan sahələr və tövsiyə edilən dezinfeksiya maddələri:

Giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər);

Qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və ya digər);

İstehlakçıların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər);

Məhsulların saxlandığı rəflər, stellajlar, daşındığı araba və səbətlər (spirt tərkibli məhlul və ya digər);

Çoxmərtəbəli müəssisələrdəki eskalatorlar və onların tutacaqları, liftlər (spirt tərkibli məhlul və ya digər);

Döşəmələr (xlor tərkibli məhlul və ya digər);

Soyuducuların tutacaqları (spirt tərkibli məhlul və ya digər);

Soyunub-geyinmə otaqları (xlor tərkibli məhlul və ya digər);

Sanitar qovşaqlar (xlor tərkibli məhlul və ya digər);

Anbarlar (xlor tərkibli məhlul və ya digər);

Tullantıların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya digər);

Tullantı qabları (spirt tərkibli məhlul və ya digər);

Ödənişli terminalları (spirt tərkibli məhlul və ya digər);

Kassada yerləşən konveyerlər (spirt tərkibli məhlul və ya digər).

İşçi heyətinin şəxsi gigiyenası

Şəxsi gigiyena qaydalarına riayət edilməli, işə başlamazdan, tullantılarla təmas-dan, təmizlik işlərindən, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən, pulla təmasdan, siqaret çəkdikdən sonra işçilərin əllərini təmiz yumasına və ya dezinfeksiyasına nəzarət edilməlidir;

İşçi heyətin əllərində istənilən kəsik, açıq, qapalı yaralar mütləq su keçirməyən sar-ğı ilə örtülməli, bununla bağlı tibb müəssisəsinə dərhal müraciət olunmalıdır.

Tibbi maskalardan ümumi istifadə qaydaları:

Qapalı məkanlarda maskanın istifadəsi mütləq şərtdir;

Maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı boş-luqları minimuma endirmək şərti ilə taxılmalıdır;

İstifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə toxunmaq olmaz;

Maska çıxarılan zaman müvafiq texnikaya əməl edilməlidir (maskanın ön hissə-sinə toxunmaq olmaz, arxa hissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır);

Maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli, yaxud sabun və su ilə təmiz yuyulmalıdır;

Maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir;

Birdəfəlik maskalardan təkrar istifadə edilməməlidir;

Birdəfəlik maskaların istifadəsindən sonra onların zərərsizləşdirilməsi və kənar-laşdırılması vacibdir.

Əllərin gigiyenasına dair tövsiyələr:

Əllər axar su ilə isladılmalı və sabun ilə sürtülməlidir;

Əllər sabunla birlikdə ovuşdurulmalıdır. Barmaqların və dırnaqların arası yaxşı sabunlanmalıdır;

Sabunlu əllər ən azı 20 saniyə ovuşdurulmalıdır;

Əllər axar suyun altında mükəmməl durulanmalıdır;

Əllər təmiz salfetlərlə qurulanmalıdır;

Sabun və ya su istifadəsi mümkün olmadıqda, etanol (spirt) tərkibli dezinfeksiya-edici məhlullardan istifadə edilməlidir.

İŞÇİ HEYƏTİN MÜAYİNƏSİ

İş zamanı özündə COVID-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) dərhal işini dayandırmalı, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməlidir. Həmin şəxsə tibbi xidmətin göstərilməsi üçün 103 TTTY müraciət edilməlidir;

İşə gəlməzdən əvvəl özündə COVID-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) rəhbərinə xəbər verərək evdə izolyasiya olunmalıdır və tibbi xidmətin təmin olunması məqsədi ilə 103 TTTY müraciət etməlidir;

Xəstəlik əlaməti olan işçinin iş yeri dezinfeksiya edilməlidir;

Həmin işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalıdır.

XİDMƏT SAHƏLƏRİ ÜZRƏ FƏRDİ XÜSUSİYYƏTİ OLAN SAHƏLƏRƏ DAİR MƏLUMAT

BƏRBƏR VƏ GÖZƏLLİK SALONLARI

Onlayn növbə qəbul sisteminin tətbiqi;

Əllərin yuyulması: İş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır;

İş önlüyü: Bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir;

Müştəri önlüyü: Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır;

Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir;

Kosmetoloji xidmətlər zamanı xidmət göstərənin sipərik, tibbi maska və əlcəkdən istifadəsi məcburidir;

Dəsmalların istifadəsi: Hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır;

Qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq dezinfeksiya edilməlidir;

Ülgüc, epilyasiya iynə ucları kimi deşici və kəsici alətlər tibbi tullantı qutusuna atıl-malı və tibbi tullantı kimi ləğv edilməlidir;

Qayçılar və ülgüc başlıqları yuyulduqdan sonra spirtlə təmizlənməlidir.

FƏRDİ TƏDRİS VƏ REPETİTOR XİDMƏTLƏRİ

Onlayn tədris prosesinə üstünlük verilməlidir;

Fərdi tərdris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir;

Tədris vaxtı tibbi maskadan istifadə etmək məcburidir;

Tədris vaxtı sosial məsafənin qorunmağı zəruridir (bir metrdən az olmamaq şərti ilə);

Dərs vəsaitləri ortaq istifadə edilməməlidir;

Şəxsi gigiyena qaydalarına ciddi riayət olunmalıdır;

Hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır və fasilə zaman otaq havalandırılmalıdır.

KİTAB, QƏZET VƏ DƏFTƏRXANA MALLARININ SATIŞI

Onlayn satışlara üstünlük verilməlidir;

Kitabxana və bu tipli müəssisələrin oxu zalları istifadəyə verilməməlidir;

Bu tip müəssisələrdə kontaminasiyanın qarşısının alınması məqsədi ilə əhalinin özünə xidməti məhdudlaşdırılmalıdır;

Əhaliyə xidmət göstərən personal fərdi qoruyucu vasitələr ilə təmin olunmalıdır;

Müəssisəyə fərdi qoruyucu vasitələri ilə daxil olunmalıdır;

Çıxışlarda əlcək və maskaların utilizasiyası üçün xüsusi konteynerlər yerləşdiril-məlidir;

İşlənmiş fərdi qoruyucu vasitələrin atılması tibbi tullantıların utilizasiyası qaydasına uyğun icra edilməlidir.

GEYİM SATIŞI

Dəyişmə otaqlarından istifadə qadağandır;

KOSMETİKA VƏ ƏTRİYYAT SATIŞI

Nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağandır;

QIZIL, DİGƏR BƏZƏK ƏŞYALARININ SATIŞI VƏ LOMBARD FƏALİYYƏTİ

Müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.

MOBİL CİHAZLARIN, EHTİYAT HİSSƏLƏRİNİN VƏ AKSESUARLARININ SATIŞI VƏ TƏMİRİ

Müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.

FƏRDİ MƏNZİLLƏRDƏ TƏMİZLİK XİDMƏTLƏRİ

Xidmət göstərən şəxs fərdi qoruyucu vasitədən istifadə etməlidir;

Mənzilə daxil olduqda şəxsi gigiyena qaydalarına əməl olunmalıdır (20 saniyədən az olmamaq şərti ilə əllərin yuyulması və s.);

Dəvət edən xidmət edəni xüsusi ayrılmış dəsmal, qida üçün nəzərdə tutulmuş dəst ilə təmin etməlidir;

Dəvət edən özündə respirator simptomlar hiss etdikdə, xidmət edən şəxsi dəvət etməkdən çəkinməlidir.

TİCARƏT MƏRKƏZLƏRİ

Ticarət mərkəzlərinin daxilində tibbi maska istifadəsi məcburidir;

Ticarət mərkəzlərindəki apteklərdə tibbi maskaların satışı təmin edilməlidir;

Bütün ticarət mərkəzlərində xüsusi tibb məntəqələri ayrılmalı və tibbi personalı müvafiq təlim keçməlidir;

Ticarət mərkəzlərinin girişlərində xüsusi ayrılmış sahədə daxil olan vətəndaşların məsafədən termometriyası aparılmalıdır;

Hərarəti yüksək olan və infeksiya simptomları olan şəxslər tibb məntəqəsində izolyasiya edilməli, sağlamlıq vəziyyəti qiymətləndirilməli, zərurət yarandıqda 103 TTTY xidməti dəvət edilərək tibb müəssisənə göndərilməlidir;

Ticarət mərkəzinin ayrı-ayrı sahələrində davranış və dezinfeksiya qaydaları müvafiq sahələrin qaydalarına uyğun icra edilməlidir.

DİGƏR SAHƏLƏR

Hər 2-3 saatdan bir ümumi zallar, qida qəbulu otaqları (masaların üstü hər istifadədən sonra) dezinfeksiya edilməlidir;

​​YEKUN MÜDDƏALAR

Sosial məsafə tədbirlərini tətbiq etməyə davam edin;

Əhalinin sıx toplaşmasının qarşısının alınması məqsədi ilə müəssisənizə uyğun prosedur təsis edib tətbiqini təmin edin;

Növbəlik prinsipini tətbiq edin;

Tibbi maskaların məcburi istifadəsini təmin edin;

Girış-çıxış zonalarında və digər görünən yerlərdə maarifləndirici məlumatların əks olunmasının təmin edin;

Dezinfeksiya və sterilizasiya işlərini gucləndirin.