“Pandemiyanın səbəbi qlobal istiləşmədir” – Pan Gi Mun

image-pangimunbackend

“Koronavirus pandemiyasının ilkin səbəbi bəşəriyyətin hərisliyinin səbəb olduğu qlobal istiləşmədir”.

BUSAAT.AZ  xəbər verir ki, bunu BMT-nin keçmiş Baş katibi Pan Gi Mun Çinin Çanşa şəhərində ekoloji inşaat məsələlərinə həsr olunmuş konfrans zamanı deyib.

O hesab edir ki, koronavirusa qalib gəlmək olar. Lakin bəşəriyyət gələcəkdə də oxşar çətinliklə üzləşəcək. Çünki əlamətlərlə deyil, xəstəliyin ilkin səbəbi ilə mübarizə aparmaq lazımdır.

Pan Gi Munun sözlərinə görə, o, buzların necə əridiyini, dənizin səviyyəsinin necə qalxdığını öz gözləri ilə görüb:

“Bütün bunlar sahilyanı şəhərlər üçün faciə ilə nəticələnəcək. Gələcəyin məsuliyyəti ilk olaraq əsas tullantı mənbəyi olan ABŞ, Çin, Yaponiya, Cənubi Koreya və Avropa dövlətlərinin üzərinə düşür”.

Sabiq Baş katib, həmçinin xatırladıb ki, yuxarıda qeyd olunan ölkələr 2050-2060-cı illərə kimi öz tullantılarını tamamilə yox edəcəklərini vəd edirlər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90