Pandemiyanın yeni mərhələsini elan etdi- ÜSTbackend

ÜST-dən verilən məlumata görə, dünya koronavirus pandemiyasının yeni mərhələsinə qədəm qoyur. Qurumun nümayəndələri hələ də sağalmışların yenidən koronavirus xəstəliyinə yoluxa biləcəyinə dair dəqiq bir cavab verə bilmir.

Busaat.az  xarici mətbuata istinadən xəbər verir ki, risk qrupunda artıq dəyişikliklər baş verir. Əsasən 20 yaşdan yuxarı gənclər xəstələnirlər, 30 yaşdan yuxarı olanların da sayı artıb.

“Yerli miqyasda dəyişikliklər artıq Asiya-Sakit Okean bölgəsində baş verir, risk qrupu və virusu yayanlar qrupu dəyişir. Gördüklərimiz yalnız canlanma deyil, Asiya-Sakit Okean ərazisində xəstəliyin yeni bir mərhələsinə qədəm qoyduğumuzun bir siqnaldır” , – ÜST-ün Qərbi Sakit okean bölgəsi üzrə regional direktoru doktor Takeşi Kasai CNN-ə çıxışında deyib.