Roma Papası Fransisk 40 gündən artıqdır Laçın yolunda davam edən aksiyalarla bağlı yenidən müraciət yayıb.
Busaat.az xəbər verir ki, Papa müraciətdə deyib:
“Mən qışın ortasında bu “qeyri-insani şərait”in öhdəsindən gəlmək məcburiyyətində qalanların hamısına yaxınam. İnsanların rifahı naminə sülh yolu ilə həllərin tapılması üçün beynəlxalq səviyyədə bütün səylərin göstərilməsini istəyirəm”.