Partlayışlar hücuma hazırlığın əlamətidir – Ukrayna

image-ukrayna-aa4backend

Sevastopoldakı neft anbarında dünən baş verən partlayışdan sonra narahat olan rus əsgərləri ailə üzvlərini təxliyə etməyə çalışır.

Busaat.az xəbər verir ki, bunu yerli televiziya proqramında danışan Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Nataliya Qumenyuk deyib.

Qumenyuk iddia edib ki, ruslar “Sevastopolda sülh və davamlı logistika dəstəyi hiss etmədikləri üçün” Novosibirsk tərəfindəki bazalara doğru gedirlər.

Rusiyanın logistikasına dəyən zərərin Ukrayna müdafiə qüvvələrinin güclü əməliyyatlarına hazırlıq elementlərindən biri olduğunu vurğulayan Qumenyuk qeyd edib: “Sevastopolda partlayış hər kəsin gözlədiyi genişmiqyaslı hücuma hazırlıqdır”.

Qumenyuk əlavə edib ki, ruslar öz resurslarının zədələndiyini hiss edərək manevr etməyə başlayıblar.

Qeyd edək ki, daha əvvəl Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krımın Sevastopol şəhərindəki 40 min ton tutumlu neft anbarının PUA-lar tərəfindən vurulduğu bildirilib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90