Paşinyan deputatlarla görüşmək üçün parlamentə gəlib

Paşinyan deputatlarla görüşmək üçün parlamentə gəlibbackend

Ermənistanın Baş naziri Nikol Paşinyan daxili siyasi vəziyyətin kəskinləşməsi fonunda hakim “Mənim addımım” fraksiyasının deputatları ilə görüşmək üçün parlamentə gəlib.

Busaat.az  xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Bildirilir ki, zalda 67 millət vəkilinin iştirakı ilə iclas üçün kvorum təmin edilib. Paşinyana sual vermək üçün 31 millət vəkili qeydiyyatdan keçib.

“Çox təəssüf ki, müxalif deputatlar görüşə gəlməyib, mən suallarınıza cavab vermək üçün buradayam”,- deyə Paşinyan bildirib.

Xatırladaq ki, daha əvvəl Ermənistan müxalifəti yalnız Paşinyanın istefası gündəmdə olduğu təqdirdə görüşməyə hazır olacağını açıqlamışdı.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90