Paşinyan: Ermənistana yeni konstitusiya lazımdır

image-8backend

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib.

Busaat.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazirin ölkənin Konstitusiya Günü münasibətilə müraciətində deyilir.

“Hazırkı konstitusiya vətəndaşlar arasında ciddi sosial-psixoloji gərginlik yaradır. Məlum şəraitə görə, bu gün Ermənistan vətəndaşları mövcud konstitusiyaya hakim elitanın yaratdığı və həyata keçirdiyi sənəd kimi baxırlar”, – baş nazir bildirib.

Baş nazir qeyd edib ki, əsas problem təkcə konstitusiyada yazılanlarda deyil, həm də onun necə qəbul edildiyindədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki