“Paşinyan Rusiya ilə razılaşdırmadan Azərbaycana raket atmaq əmri verib” – Erməni general

image-generalbackend

“Paşinyan axmaq və yalançıdır, başqa necə reaksiya göstərə bilərəm?”

Busaat.az  xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş birinci müavini general-leytenant Tiran Xaçatryan “Yerevan.today” nəşrinə müsahibəsində müvəqqəti Baş nazir Nikol Paşinyanın bəzi generalları Serj Sarkisyanın və Robert Koçaryanın buklet paylayan əlaltıları adlandırmasına münasibət bildirərkən deyib.

Xaçatryan 44 günlük müharibədən sonra Paşinyanın Ermənistanın Baş Qərargahına sərhədin təchiz olunmasını tapşırdığı barədə açıqlamasını təkzib edib:
“Ən azı qar təmizləmək, kadrları mövqelərə çatdırmaq üçün lazımi avadanlıqların verilməsi ilə bağlı bir neçə dəfə müraciət etdik, amma heç bir şey edilmədi. Müəyyən problemlərin həlli üçün vəsaitləri artırmalı idilər, əksinə, daha da azaltdılar. Vəsait tapacaqlarına söz versələr də, heç nə etmədilər”,- deyə Xaçatryan qeyd edib.

O, daha sonra Paşinyanın orduya dəstək olması ilə bağlı açıqlamasını da təkzib edərək erməni ordusunun heç vaxt dəstəklənmədiyini bildirib.

“Bizə heç bir saniyə belə dəstək verilmədi. Təşkil etməli olduqları ən ibtidai dəstək tapşırıqlarını yerinə yetirmədilər.

Cəbhə komandiri olaraq müharibədən qaçanları dayandırmaq üçün maneələrin qurulmasını xahiş etdim, onu belə etmədilər.

Hələ silah və sursatdan, diplomatik kanalların istifadəsindən danışmıram”, – deyə Xaçatryan qeyd edib.

Bundan əlavə T. Xaçatryan N. Paşinyanın Qarabağdakı 44 günlük müharibə zamanı Rusiya ilə raket atışlarının razılaşdırılması proseduruna da məhəl qoymadığını bildirib.

Xaçatryan qeyd edib ki, hər hansı bir ballistik raketin buraxılmasına yalnız Ali Baş Komandan icazə verə bilər, lakin müəyyən hallarda Rusiya ilə koordinasiyaya ehtiyac var idi: “Raketin atılması vəzifəsi qoyulmuşdu və məsələ ruslarla hərəkətləri koordinasiya etməli olduğumuzu deyəndə meydana gəldi.

Paşinyan “Ruslar kimlərdir? Burada hər şeyə mən qərar verirəm”,- deyərək raketlərin atışını Rusiya ilə razılaşdırmaqdan imtina edib.

Xaçatryan hansı raketlərin nəzərdə tutulduğunu deməsə də, söhbətin “İsgəndər” operativ-taktiki raket sistemlərindən getdiyi ehtimal olunur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90