“Paşinyan sabit idarəçilik mexanizmi qura bilmir”- Deputat

“Paşinyan sabit idarəçilik mexanizmi qura bilmir”- Deputatbackend

“Ermənistanda böhran vəziyyətinin ciddiləşməsi maraqlarımıza uyğundur”.

Busaat.az xəbər verir ki, bunu Ermənistanın siyasi aləmindəki son vəziyyəti şərh edən deputat Fazil Mustafa bildirib.

Mövcud şəraitdə Ermənistanın baş naziri Nikol Paşinyanın çətin durumda olduğunu qeyd edən Fazil Mustafa hesab edir ki, Paşinyanın böhran nəticəsində hakimiyyətdən getməsi Azərbaycanın xeyrinə ola bilər:

“Paşinyan COVİD-19 pandemiyasının gətirdiyi sıxıntıların da təsiri ilə sabit idarəçilik mexanizmi qurmaqda çətinlik çəkir. Durumun kritik olması həm də keçmiş eks-prezident, Erməni Milli Hərəkatının lideri Ter-Petrosyanın açıq bəyanatla onun müdafiə etməsindən də görünür. O, birmənalı ifadə edib ki, pandemiya dövründə Paşinyana qarşı çıxmaq vətənə xəyanətdir.

Nikol Paşinyana qarşı keçmiş iqtidar təmsilçiləri tərəfindən brilliyant alveri, siqaret qaçaqmalçılığı barədə ittihamlar da intensiv xarakter almağa başlayıb. Əlbəttə, bizdə o təsəvvür yaranmamalıdır ki, Paşinyanın böhran nəticəsində hakimiyyətdən getməsi orada situasiyanı bizim xeyrimizə dəyişəcək. Əlbəttə, bu xəstə cəmiyyətin ağıllı, realist hansısa lideri hakimiyyətə gətirmə şansı yaxın zamanlarda görünmür. İşğaldan kiminsə imtina etməsi öz həyatı bahasına başa gələ bilər. Ancaq bütün hallarda Ermənistanda böhran vəziyyətinin ciddiləşməsi, bu ölkənin zəifləməsi bütün hallarda maraqlarımıza uyğundur”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90