Paşinyan və Klaar regional təhlükəsizlik, sülh və sabitliyi müzakirə edib

image-default-3backend

Baş nazir Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Baş nazirin mətbuat xidməti yayıb.

Həmsöhbətlər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, Dağlıq Qarabağ problemi ilə bağlı son proseslər, o cümlədən Dağlıq Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər regional təhlükəsizlik, sülh və sabitlik, Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası, regionun nəqliyyat infrastrukturunun blokdan çıxarılması prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər Aİ-nin Ermənistanda mülki missiyasının yerləşdirilməsini vurğulayaraq, onun fəaliyyətinə istinad ediblər.

Baş nazir Paşinyan Praqa görüşü formatında gələcək müzakirələrin vacibliyini vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90