Paşinyana verilən vaxt bitdi – ermənilər vətəndaş itaətsizliyi aksiyasına başlayır

Paşinyana verilən vaxt bitdi – ermənilər vətəndaş itaətsizliyi aksiyasına başlayırbackend

Ermənistanın 16 müxalif partiyası istefa üçün Nikol Paşinyana verilən müddət bu gün İrəvan vaxtı ilə saat 12:00-da bitdiyi üçün vətəndaş itaətsizliyi aksiyalarına başlamağı planlaşdırır.

Busaat.az  Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyanın ultimatuma məhəl qoymaması səbəbindən müxalif partiyalar tərəfdarlarını küçələrə çıxarmağa başlayıb.

“ARF Daşnaksütyun” Ali Qurumunun nümayəndəsi İşxan Saqatelyan feysbuk hesabındakı videomüraciətində, Ermənistan vətəndaşlarını Nikol Paşinyanın istefa etməməsinə cavab olaraq ölkədə vətəndaş itaətsizliyinə başlamağa çağırıb.

“Bu andan etibarən saat 17: 00-a qədər Ermənistan Respublikası vətəndaşlarının narazılıqlarını və tələblərini səlahiyyətlilərə çatdırmaq üçün dinc itaətsizlik aktları etmək üçün qanuni haqları var”,- deyə Saqatelyan qeyd edib.

Vətəndaş itaətsizliyinin kütləvi aksiyaları keçid hökuməti baş nazir vəzifəsinə Vazgen Manukyanın namizədliyini irəli sürən 16 müxalifət partiyası tərəfindən təşkil olunur.

Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da ölkənin vətəndaş müharibəsi təhlükəsi altında olduğunu bildirərək Nikol Paşinyanı istefaya çağırmışdı.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90