Paşinyanın antirusiya fikirləri: Ermənistanı nə gözləyir?

Paşinyanın antirusiya fikirləri: Ermənistanı nə gözləyir?backend

“Yaxın aylar ərzində Rusiya Paşinyana qarşı mühüm addımlar atacaq”.

Mayın 8-də Qələbə Günü ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə babasının şəklini paylaşıb və qısa şərh yazıb: “Nikol Paşinyan, 1913-1943. 138-ci diviziyanın 554-cü atıcı alayında xidmət edib. Vətən uğrunda həlak olanların əbədi xatirəsinə”.

Qısa müddət sonra sosial şəbəkədə Nikol Paşinyanın statusunun altında baş nazirin babasının satqın olduğu, Qaregin Njdenin SS erməni legionuna daxil olduğu və Şərq cəbhəsində həlak olduğu barədə şərhlər yazılıb.

İlk ifşaedici material Ermənistanın iravunk.com saytında dərc edilib və Paşinyanın babası haqqında “Düşmənlə əməkdaşlıq edib və həlak olub” adlı ifşaedici məqalə yazıb .Baba Paşinyanın satqınlığının təsdiqi qismində onun SS ost-legionerlərinə tabeliyini təsdiqləyən alman uçot sənədinin fotosu təqdim olunub.

Bu mövzu ilə bağlı politoloq Zaur Məmmədov Busaat.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyanın antirusiya meyllliyi Moskvada ciddi qıcıq yaratmaqdadır:

“Görünən odur ki, Ermənistan Baş nazirinin antirusiya fikirləri artıq Rusiyanın ən yüksək təbəqələrinin səbir kasasını daşdırıb və ona qarşı yaxın aylar ərzində mühüm addımlar atılacaq. Sözsüz ki, bu addımlar sırasında Ermənistanın daxilində iqtisadi–sosial problemlərin, vətəndaşların narazılıqlarının qabardılması, nəticə etibarı ilə Paşinyanın da Serj Sarkisyanın aqibətinin gözləməsi ola bilər.

Ekspertlərin fikrincə, Rusiyasız Paşinyan, bütövlükdə Ermənistan hər şeylərini, o cümlədən, dövlətçiliyi də itirəcək. Deyəsən, bunlar Paşinyanın vecinə deyil. Moskva ona bir çox məsələlərdə səhv etdiyinə dair çoxdandır mesaj göndərib və onu bağışlamayacağı artıq bəlli məsələdir”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90