“Paşinyanın atdığı addımlar siyasi savadsızlığın göstəricisidir” – Politoloq rəyi

“Paşinyanın atdığı addımlar siyasi savadsızlığın göstəricisidir” – Politoloq rəyibackend

“Paşinyanın atdığı addımlar siyasi savadsızlığın göstəricisidir”.

Qələbə gününün 75-ci ildönümü ərəfəsində N.Paşinyan sosial şəbəkədə babası – Nikol Paşinyanın fotosunu paylaşaraq, “138-ci diviziyanın 554-cü atıcı alayında xidmət etdi. Vətən uğrunda həlak olanların əbədi xatirəsinə” sözlərini yazıb. Lakin Nikol Paşinyanın bu paylaşımına yanaşma birmənalı olmayıb. Belə ki, mətbuatda Paşinyanın babasının düşmənlə əməkdaşlıq etməsi və həlak olması ilə bağlı ifşaedici məqalə yayılıb.

Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov Busaat.az-a açıqlamasında bu məsələyə toxunub.

İlyas Hüseynova Paşinyanın siyasi fəaliyyətində tarixi heçə saydığını göstərən davranışlara yol verdiyinin açıq göründüyünü qeyd edib:

“Paşinyanın paylaşımı özünü rüsvay etməsinə səbəb olub. Bu vəziyyət onun siyasi fəaliyyətinə də çox mənfi təsir edəcək. Paşinyan hazırda Ermənistanda mövcud olan daxili problemləri ört-basdır etmək üçün müxtəlif yollara əl atır. Belə ki, Azərbaycan Cümhuriyyətinin əsasını qoyan M.Ə.Rəsulzadə ilə bağlı yanlış fikirlər səsləndirirdi, Şuşada qondarma Dağlıq Qarabağ Respublikasının prezident seçkilərini keçirdi. Paşinyanın babasının xain olması onu göstərir ki, Paşinyanın özü də həmin qanın daşıyıcısıdır. Paşinyanın siyasi davranışları tarixi faktların təhrif olunmasıdır və bu, Rusiya ilə münasibətlərinə də ciddi təsir edir. Ona görə də Rusiya Paşinyanla bağlı konkret mövqe ortaya qoymayıb”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90