Paşinyanın hakimiyyətdən getməsi Rusiya-Ermənistan münasibətlərində nəyi dəyişəcək? – Politoloq açıqladı

Paşinyanın hakimiyyətdən getməsi Rusiya-Ermənistan münasibətlərində nəyi dəyişəcək? – Politoloq açıqladıbackend

“Hazırda gedən proseslərlə bağlı Rusiya qəti qərar verə bilər”.

Bunu Busaat.az-a açıqlamasında Paşinyanın siyasi fəaliyyəti fonunda Ermənistanın daxili siaysəti ilə bağlı vəziyyəti dəyərləndirən politoloq Zaur Məmmədov deyib.

Zaur Məmmədova görə, Erməni tərəfi Nikol Paşinyanı devirməklə, Ermənistan öz daxili məsələlərini həll etmək və Paşinyandan revanş qoparmaq istəyir:

“Bu gün Ermənistanın daxillində ciddi hadisələrin baş verdiyi görünür. Kütləvi informasiya vasitələri və ictimaiyyətə məlumatlar verilməsə də, artıq Robert Köçəryanın liderliyi ilə Nikol Paşinyanın hakimiyyətdən göndərilməsi, səlahiyyətlərin hələlik Ermənistanın prezidenti Serj Sərkisyanda qalması və daha sonra yaxın zamanlarda seçkilərin keçirilməsi ilə bağlı qərarın verilməsi istisna edilə bilməz. Bu gün “Daşnaqsütün” və “Çiçəklənən Ermənistan” partiyalarının liderləri də Robert Köçəryanın yanında yer almaqdadır. Təbii ki, cəbhədəki döyüşlər fonunda Erməni tərəfinin uğursuzluğunun yaşandığı bir zamanda Nikol Paşinyanı devirməklə, Ermənistan öz daxili məsələlərini həll etmək və Paşinyandan revanş qoparmaq istəyir. Bununla yanaşı, müharibənin dayandırılmasını və yeni danışıqlara nail olmaq istəyir. Nikol Paşinyanın hakimiyyətdən getməsi Ermənistan-Rusiya münasibətlərinə ciddi şəkildə təsir edəcək.

Məlumdur ki, Rusiyada Köçəryana qarşı simpatiya var. Ona görə də hazırda gedən proseslərlə bağlı Rusiya qəti qərar verə bilər. Hər halda bu gün bütün qüvvələr bilməlidir ki, Azərbaycan öz haqq işinə davam edir və Türkiyənin dəstəyi ilə Cənubi Qafqazdakı bütün siyasi təzyiqlərə də hazırdır. Bizim istəyimiz beynəlxalq hüququn bərqərar olmasıdır. Əks halda regiondakı qeyri-sabitlik Ermənistanın əli ilə davam edəcək və Ermənistana dəstək olan ölkələrin özünə ziyan vuracaq”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90