“Patı” ilə tutulan Azərbaycan çempionuna hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində təqsirləndirilən Fikrət Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Busaat.az trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, F. Rəhimov 5 il 6 ay azadlıqdan məhrum edilib.
Xatırladaq ki, təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilmişdi.
İttihama görə, Kikboks üzrə Azərbaycan çempionu, Beynəlxalq turnirlərin qalibi olub. F.Rəhimov 6.758 qram narkotik maddə olan metamfetamin (patı) ilə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirləndirilir.
Loading...