Pensiyaçılara ŞAD XƏBƏR: Daimi veriləcək

image-pensiya_81613656133backend

“Pensiyaçılara verilən birdəfəlik maddi yardımlar gələcəkdə pensiyanın təkibində hesablanacaq”.

Busaat.az  “report”a istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev “Sosial saat”da deyib.

O bildirib ki, qulluq stajına görə əlavələrlə pensiya təyin edilən şəxslərə gələcəkdə veriləcək artımlar yeni qaydada hesablanacaq:

“Hərbçilərin pensiya məbləğində vəzifə maaşı müəyyən məbləği təşkil edir. Ötən ilin sonlarında müvafiq sərəncamla hərbi rütbəli şəxslərin vəzifə maaşlarına 20 % məbləğində əlavə edilib. Hesablama göstərirdi ki, bu da onların əmək pensiyalarının artımının 9,2 % məbləğində olması idi. Ancaq yeni sərəncamla olacaq maddi yardım isə 10 % təşkil edir. Hətta bu hər kəsin əmək pensiyasının 10 % məbləğindədir”.

Z.Mirzəyev əlavə edib ki, pensiyaçının vəzifə maaşlarında artım məfhumu yoxdur: “Hərbi qulluqçunun vəzifə maaşında artım ola bilər. Pensiyaçı olan dövlət qulluqçusunun vəzifə maaşı ola bilməz”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90