Peskov Ermənistanın Rusiya ilə bağlı ittihamına cavab verdibackend

Dağlıq Qarabağdakı münaqişənin həllində Ermənistana dəstək olmadığı iddiası ilə Rusiyanın xəyanətdə ittiham edilməsi qətiyyən əsassızdır.

Busaat.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Russia Today”ə müsahibəsində Rusiyanın münaqişənin həllində Ermənistana əhəmiyyətli bir dəstək verməməsi və bəzi ermənilərin Rusiyanın mövqeyini xəyanət kimi qiymətləndirməsinə münasibət bildirərkən deyib.

“Rusiyaya qarşı ittihamlar tamamilə əsassızdır. Rusiya KTMT-dəki məsuliyyətlərini unutmur və müttəfiqin ərazisinə, Ermənistan ərazisinə kiminsə hücum etməsi halında Rusiya təbii ki, müttəfiqini qorumaq üçün əlindən gələni edəcək”,-deyə Peskov qeyd edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin qeyd etmişdi ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və bu müqavilə ilə bağlı Rusiyanın Ermənistan qarşısında müəyyən öhdəlikləri var. Amma bu məsələdə Ermənistana hüquqi yardım edə bilməzlər: “Çünki döyüş əməliyyatları Ermənistan ərazisində aparılmır”.