Peskovdan Rusiyanın vurulmuş helikopteri ilə bağlı AÇIQLAMAbackend

“Vurulan helikopterlə bağlı Bakının dərhal reaksiyası Moskvanın bu üzrü qəbul etməsinə imkan verdi”.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, bu hadisəni fəlakət adlandıraraq, iki hərbçinin ölümünün hər kəs üçün çox ağrılı olduğunu vurğulayıb.

“Azərbaycanlıların, Azərbaycan Prezidentinin ani reaksiyası və şərtləri qərəzsiz araşdırmağa, cavabdehləri cəzalandırmağa hazır olduğunu elan etməsi bu üzrün qəbuluna imkan verdi”, – deyə Peskov izah edib.

Qeyd edək ki, Rusiyanın Mi-24 helikopteri noyabrın 9-da Ermənistanla Azərbaycan sərhədi yaxınlığında vurulub. Hadisə nəticəsində iki heyət üzvü ölüb, biri yaralanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi helikopterin respublika Silahlı Qüvvələri tərəfindən səhvən vurulduğunu etiraf edib və Bakının Moskvaya təzminat ödəməyə hazır olduğunu bildirib.