Poçt şöbələri bayram günlərində növbəli rejimdə işləyəcək

Poçt şöbələri bayram günlərində növbəli rejimdə işləyəcəkbackend

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC bayram günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək.

Busaat.az xəbər verir ki, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 36 ünvanındakı 1 saylı “Şəbəkə” Xidmət Mərkəzi saat 09:00-dan 18:00-dək, paytaxtda, eləcə də Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşda yerləşən digər “Şəbəkə” xidmət mərkəzləri isə 09:00-dan 17:00-dək vətəndaşlara xidmət göstərəcək.

Eyni zamanda Bakı şəhərində yerləşən 1 saylı poçt filialının 1,7,10,33,66, 2 saylı poçt filialının 9, 102, 111, 117, 3 saylı poçt filialının 2(MXŞ), 34, 40, 104, 118, 119, 123, 132, 133, 142, 149, 4 saylı poçt filialının 39, 42, 45, 77, 89, 90, 156, 5 saylı poçt filialının 63 (MXŞ), 3, 21, 80, 81, 83, 6 saylı poçt filialının 72(MXŞ), 8, 29, 52, 53, 54, 114, 115, 130, 170 saylı poçt şöbələri, eləcə də regionlardakı mərkəzi xidmət şöbələri 09:00-dan 17:00-dək işləyəcək.

Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin ünvanı üzrə çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90